Avropa çempionatı: Azərbaycan millisi Niderlandla qarşılaşacaq

 Avropa çempionatı: Azərbaycan millisi Niderlandla qarşılaşacaq

Bolqarıstanda yeniyetmə cüdoçuların Avropa çempionatı bu gün başa çatacaq.

Mediasport.az xəbər verir ki, turnirin sonuncu günündə komandalar arasında yarış gerçəkləşəcək.

Azərbaycan yığması 1/8 finalda Niderland seçməsi ilə qarşılaşacaq.

Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.