Millimiz "Bahar Kuboku"nda
Aprelin 19-da Muğla şəhərində kayak və kanoe üzrə “Bahar Kuboku” açıq Türkiyə çempionatı start götürəcək.
Mediasport.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi 5 gənc idmançı ilə təmsil olunacaq.
Məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi altında Ceyhun Vəlixanov, Niyaz Məlikov, Nihat Quliyev, Amil Ramazanov və Əlimurad Hacızadə yarışacaq.