Millimiz dünya çempionu oldu!

Millimiz dünya çempionu oldu!

Azərbaycanın kişi paralimpiyaçı cüdoçulardan ibarət yığması Bakıda təşkil olunan Dünya çempionatının qızıl medalını qazanıb.

mediasport.az xəbər verir ki, milli komandamız finalda Türkiyə yığması üz-üzə gəlib.

Azərbaycan seçməsinin heyətində Namiq Abaslı (J2, 73 kq), Zakir Mislimov (J1, 90 kq), Hüseyn Rəhimli (J2, 90 kq) və İlham Zəkiyev (J1, +90 kq) rəqiblərinə qalib gəlib, İsmayıl Muradov (J1, 73 kq) və Kənan Abdullaxanlı (J2, +90 kq) isə məğlub olublar.

Cüdoçularımız görüşü 4:2 hesablı qələbə ilə başa vuraraq dünya çempionu olub.