Millimiz Olimpiya turnirinə Qazaxıstanda hazırlaşacaq

Millimiz Olimpiya turnirinə Qazaxıstanda hazırlaşacaq

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

Mediasport.az xəbər verir ki, yığma Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar.

Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək.

Boksçuların hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.