Dünya çempionumuz starda uduzdu, Murad 1/8-ə çıxdı - Avropa Oyunları
Bu gün Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayan 3 boksçumuzdan yalnız Murad Allahverdiyev uğurlu çıxış edib.
MediaSport.az xəbər verir ki, 80 kq çəkidə yarışan idmançımız ilk görüşündə qələbə qazanaraq 1/8 finala çıxıb.
Komandamızın lideri, dünya çempionu Alfonso Dominges 92 kq çəki dərəcəsində israilli Yan Zakla bacarmayıb. Kubalı legionerimiz 1/16 finalda 1:4 hesabı ilə məğlub olub.
54 kq-da çıxış edən Zeynəb Rəhimova da 1/16 finalda rumıniyalı Lenuta Periyoça uduzaraq, yarışla erkən vidalaşıb.
Qeyd edək ki, Azərbaycan boksçularından daha əvvəl yalnız Malik Həsənov (63,5 kq) 1/8-ə vəsiqəni təmin edib.