"Aznur" ilk məğlubiyyətini alıb

  "Aznur" ilk məğlubiyyətini alıb

Minifutbol üzrə Azərbaycan çempionatında 4-cü tur çərçivəsində 4 görüş baş tutub.

Mediasport.az xəbər verir ki, üç turda 7 xal toplayan "Aznur" ilk məğlubiyyətini alıb.

"Qalaxy Bakı", "Atəşgah Suraxanı", "Odlar Yurdu" və "Real Bakı" turu qələbə ilə başa vurublar.

Bu gün keçirilməsi planlaşdırılan "Veteran" - "Turan", "Zirə" - "İnter", "Dinamo Gəncə" - "Abşeron", "Birbaşa Bakı" - "Siyəzən" qarşılaşmalarla tura yekun vurulacaq.

Minifutbol üzrə Azərbaycan çempionatı. 4-cü tur

"Baku Fire" - "Qalaxy Bakı" 1:4

"Atəşgah Suraxanı" - "Aznur" 4:1

"Odlar Yurdu" - "Sumqayıt" 2:1

"Real Bakı" - "Dirçəliş" 6:2