AMF-in prezidenti Orxan Məmmədovdan MÜHÜM qərar

 AMF-in prezidenti Orxan Məmmədovdan MÜHÜM qərar

Azərbaycan Minifutbol Federasiyası (AMF) mühüm addım atıb.

Mediasport.az xəbər verir ki, qurum rəhbəri Orxan Məmmədovun qərarı ilə peşəkar statusu olmuş futbolçular artıq minifutbol çempionatında iştirak edə biləcəklər.

Onlardan yeganə tələb budur ki, futbol klubları ilə qüvvədə olan müqavilələri olmasın.

Yəni, bu gün futbol klubu ilə müqaviləsi başa çatan istənilən futbolçu sabah minifutbol çempionatında oynamaq imkanına malik olacaq.

Federasiya bu qərarı ölkədə çempionatın səviyyəsinin, kütləviliyin, azarkeş marağının artması üçün verib.