Millimizin hücumçusu Çin klubu ilə müqavilə bağladı
Mövsümə Fillipinin "Çoko Muço Titans" klubunda başlayan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyevanın yeni komandası müəyyənləşib.
mediasport.az xəbər verir ki, hücumçu karyerasını Çində davam etdirəcək.
O, “Şenzen Jonqsay” klubu ilə 2022/2023-cü illər mövsümünün sonuna qədər müqavilə bağlayıb.
Odina 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib. Əliyeva 2016-cı ildən ölkə xaricində çıxış edir.