Millimizin keçmiş baş məşqçisi "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

Millimizin keçmiş baş məşqçisi "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

2019-cu ildə voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi olmuş Ciovanni Kapraranın yeni iş yeri müəyyənləşib.

mediasport.az xəbər verir ki, son iş yeri Rumıniyanın "Tarqoviste" klubu olmuş 60 yaşlı mütəxəssis "Beşiktaş"ın qadın komandasına baş məşqçi təyin edilib.

Türkiyə klubu italyan məşqçi ilə 1 illik müqavilə bağlayıb.

O, Niderland, Yunanıstan və Rusiya millilərini də çalışdırıb. Sonuncularla 2006-cı ildə Dünya çempionu olub.