Millimizin keçmiş baş məşqçisinə federasiyada yeni vəzifə verilib
Son 4 ili U-19 futzal millimizin baş məşqçisi olmuş Ağatahir Əzimova yeni vəzifə verilib.
Mediasport.az xəbər verir ki, 1 ay idi işsiz olan mütəxəssis Azərbaycan Futzal Federasiyasında seleksiyaçı-məşqçi vəzifəsinə təyin olunub.
O, gənc və perspektivli futzalçıların U-19 və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.
Qeyd edək ki, Əzimovun rəhbərliyi altında U-19 millimiz 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib.
Komandaya hazırda İlqar Aslanov başçılıq edir.