"Bundan sonra səhvlərimizi təkrarlamamağa çalışacağıq"
“Bəzi səbəblərdən alınmadı və Qızıl Avropa Liqasında mübarizəni dayandırdıq. “Dördlər finalı”na yüksəlməyi çox istərdim”.
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Aynur İmanova deyib.
O, yığmamızın Qızıl Avropa Liqasında uğursuz çıxışlarını belə şərh edib:
"Komanda olaraq çalışdıq ki, daha çox oyunda qələbə qazanaq. Lakin olmadı. Buna görə bütün oyunçular təəssüflənirik. Yarışda çıxışımız istədiyimiz kimi alınmadı. Bundan sonra səhvlərimizi təkrarlamamağa çalışacağıq. İnanıram ki, növbəti oyunlarda daha uğurlu çıxış edəcəyik”.
Qeyd edək ki, yığmamız Qızıl Avropa Liqasında 6 oyunda 2 qələbə qazanıb və 8-ci yeri tutub.