Monakoda beynəlxalq turnirdə ölkəmizi Diana təmsil edəcək

Monakoda beynəlxalq turnirdə ölkəmizi Diana təmsil edəcək

2-3 dekabr tarixlərində Monakoda şahzadə II Albertin şərəfinə həsr edilən akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq reqata təşkil olunacaq.

Mediasport.az xəbər verir ki, sayca 18-ci dəfə keçiriləcək turnirdə Azərbaycanı yığma komandamızın üzvü Diana Dımçenko təmsil edəcək.

Milli komandamızın lideri həm bir nəfərlik qayıqda, həm də 4 nəfərlik qarışıq komanda ilə mübarizə aparacaq