Murad Sadıqov Azərbaycan millisinin heyətində çıxış edəcək
Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni idmançı cəlb olunub.
Mediasport.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Sadıqov yığmanın şərəfini qoruyacaq.
O, komanda daxilində əhvali-ruhiyyənin yüksək olduğunu bildirib:
“Gələcək yarışlar üçün maksimum güclə məşqlər keçirik. Bu bazada ilin bütün fəsillərində, hətta qışda da məşq keçmək mümkündür. Hər şey yüksək səviyyədədir. Özümə nümunə götürdüyüm dünya səviyyəli avarçəkənlər var. Onların məşqlərini mütəmadi olaraq izləyirəm. Qarşıdakı beynəlxalq yarışlarda uğur qazanmağa çalışacağam”.
Qeyd edək ki, akademik avarçəkmə üzrə Azərbaycan millisinə ukraynalı mütəxəssis Vladimir Morozov baş məşqçi təyin olunub.