Mübariz Mənsimov ciu-citsu üzrə Dünya Turunun qalibi oldu - FOTO

Mübariz Mənsimov ciu-citsu üzrə Dünya Turunun qalibi oldu - FOTO

Tarixə qovuşmuş "Xəzər-Lənkəran" futbol klubunun sahibi Mübariz Mənsimovun kiçik oğlu Türkiyədə keçirilmiş ciu-citsu üzrə Dünya Turunun qalibi olub.

Mediasport.az xəbər verir ki, "Palmali Holding" Şirkətlər Qrupunun rəhbərinin ad-soyadını daşıyan kiçik Mübariz Mənsimov İstanbulda baş tutmuş Avropa çempionatında Gi və No-Gi versiyaları üzrə mübarizə aparıb.

13 yaşlı idmançı hər iki döyüşünü qələbə ilə başa vurub.

Qızıl medal qazanan Mənsimov adını usta döyüşçülərin sırasına yazdırıb.