Federasiya rəhbəri TOPLANTI KEÇİRDİ - Milli komandamızın yeni baş məşqçisi müəyyənləşdi
Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov məşqçilərlə görüş keçirib.
AAF-dan Mediasport.az saytına verilən məlumata görə, toplantıda baş katib Məhərrəm Sultanzadə və İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova da iştirak ediblər.
Məşqçilərin təklifləri dinlənilib və müzakirə olunub. Qurumun rəhbərliyi milli komandanın baş məşqçisi Bəhruz Salehli, sprint üzrə məşqçi Tofiq Əliyev və dözümlülük üzrə məşqçi Sadıq Sadıqova uzun illər ərzində atletikamızın inkişafında göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkürünü çatdırıb və qeyd olunub ki, bu mütəxəssislər məsləhətçi kimi fəaliyyətlərini davam etdirəcəklər
Sonda milli komandanın 2024-cü il üçün yeni məşqçi heyəti təqdim edilib:
Hakim İbrahimov - baş məşqçi
Nazim İsrafilov - ehtiyat üzrə baş məşqçi
Valentin Bulıçev - sprint üzrə böyük məşqçi
Ziyad Xəlfəyev - tullanmalar üzrə böyük məşqçi
Vüqar Ələsgərov - dözümlülük üzrə böyük məşqçi
Emil Şahtahtinski - atmalar üzrə böyük məşqçi
Anar Yusifov - regionlar üzrə böyük məşqçi
Rəhim Xəlilov - ehtiyat üzrə məşqçi