"Qızıl top"a YEKUN namizədlər: Siyahıda Messi var, Ronaldu yoxdur

"Qızıl top"a YEKUN namizədlər: Siyahıda Messi var, Ronaldu yoxdur

"France Football" nəşrinin ənənəvi təqdim etdiyi "Qızıl top"a namizədlərin yekun siyahısı açıqlanıb.

30 ilkin iddialı arasından mükafatı qazanmağa ən real namizədlər seçilib. Dünya ulduzu Kriştianu Ronaldu və Neymarın adı, ümumiyyətlə, namizədlər arasında yer almayıb.

38 yaşlı portuqaliyalı son 20 ildə ilk dəfədir ki, siyahıya düşmür.


İLKİN NAMİZƏDLƏR:

Yoşko Qvardiol ("Mançester Siti"), Camal Musiala ("Bavariya"), Andre Onana ("Mançester Yunayted"), Kərim Benzema ("Əl-İttihad"), Məhəmməd Salah ("Liverpul"), Bukayo Saka ("Arsenal"), Kevin De Brüyne ("Mançester Siti"), Cud Bellingem ("Real", Madrid), Randal Kolo-Muani (PSJ), Bernardu Silva ("Mançester Siti"), Xviça Kvaratsxeliya ("Napoli"), Nikolo Barella ("İnter"), Emiliano Martines ("Aston Villa"), Ruben Diaş ("Mançester Siti"), Erlinq Haaland ("Mançester Siti"), Yasin Bunu ("Əl-Hilal"), Martin Odeqar ("Arsenal"), Yulian Alvares ("Mançester Siti"), İlkay Gündoğan ("Mançester Siti"/"Barselona), Vinisius Junyor ("Real", Madrid), Rodri ("Mançester Siti"), Antuan Qrizmann ("Atletiko", Madrid), Lionel Messi ("İnter", Mayami), Lautaro Martines ("İnter"), Robert Levandovski ("Barselona"), Kim Min Çje ("Bavariya"), Luka Modriç ("Real", Madrid), Viktor Osimhen ("Napoli"), Kilian Mbappe (PSJ), Harri Keyn (""Tottenhem"/"Bavariya").

YEKUN NAMİZƏDLƏR:

Lionel Messi (PSJ/"İnter", Mayami), Erlinq Haaland ("Mançester Siti"), Kilian Mbappe (PSJ), Vinisius Junyor ("Real", Madrid), Kevin De Brüyne ("Mançester Siti"), Rodri ("Mançester Siti"), İlkay Gündoğan ("Mançester Siti"/"Barselona"), Viktor Osimhen ("Napoli"), Yulian Alvares ("Mançester Siti"), Robert Levandovski ("Barselona").

Qalib oktyabrın 30-da Parisdə müəyyənləşəcək. Qeyd edək ki, mükafatı ötən il Kərim Benzema qazanıb.

"Qızıl top" 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafatdır. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FİFA ilin futbolçusu" mükafatları birləşdirilərək FİFA-nın "Qızıl top"u adlandırılıb. Mükafatın ilk qalibi Stenli Metyuz olub.

Mediasport.az