Avropa çempionatı: Azərbaycan millilərinin ilkin heyəti məlumdur
Fevralın 12-19-u aralığında Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək güləş üzrə Avropa çempinatında iştirak edəcək Azərbaycan milli komandalarının ilkin heyətləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, siyahıya 7-si qadın olmaqla, ümumilikdə 27 idmançımızın adı daxil edilib.
Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrail Qadjiev (74 kq), Orxan Abasov (79 kq), Arsen Coyev (86 kq), Osman Nurməhəmmədov (92 kq), Vahit Qalayev (97 kq), Georgi Meşvildişvili (125 kq).
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq), Beka Kandelaki (130 kq).
Qadın güləşi: Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (68 kq).