Prezident İlham Əliyev Türkiyə idmançılarını Azərbaycana dəvət etdi

Prezident İlham Əliyev Türkiyə idmançılarını Azərbaycana dəvət etdi

Prezident İlham Əliyev Ermənistanın paytaxtı İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl və gümüş medal qazanmış Türkiyə yığmasının üzvləri Cansu Bektaşla Qəmzə Altunu ölkəmizə dəvət edib.

mediasport.az xəbər verir ki, ölkə başçısı məlumatı bu gün Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində verib.

"Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Mən onları bir daha təbrik etmək istəyirəm. Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər və idman nazirinə tapşırdım ki, bizim qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin və onlar bizim qonağımız olsunlar", - dövlət başçısı bildirib.