Muxtar Respublika turniri: Maliyyə Nazirliyi yarışı qızıl medalla bitirdi
Dövlət qurumlarının əməkdaşları arasında Naxçıvanın 100 illik yubileyinə həsr olunmuş futzal üzrə Muxtar Respublika turnirinin final və üçüncülük görüşləri keçirilib.
Mediasport.az xəbər verir ki, üçüncülük uğrunda görüşdə Daxili İşlər Nazirliyi (DİN) və Ədliyyə Nazirliyini 4:0 hesabı ilə məğlub etdi.
Final qarşılaşmasında Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyini 7:4 hesabı ilə üstələyib və turnirin qalibi olub.
Turniri ilk üçlükdə tamamlayan komandalar, fərqlənən oyunçular, məşqçi və hakimlər mükafatlandırılıblar.