"Neftçi" bu axşam "Qarabağ"la kubok oyununa itkilərlə çıxacaq

"Neftçi" bu axşam "Qarabağ"la kubok oyununa itkilərlə çıxacaq

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Neftçi" meydana itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş da bu matçı buraxacaq.

Görüş "Neftçi Arena"da keçiriləcək və saat 20:00-da başlanacaq.