Yığmamızın baş məşqçisindən Superliqada maksimum nəticə
Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Siyasət Əsgərovun rəhbərlik etdiyi Türkiyənin “ABB Fomget” klubu Superliqada vahid lider olub.
Mediasport.az xəbər verir ki, Ankara təmsilçisi qadın futbolçular arasında ölkə çempionatının 7-ci turunda səfərdə “Fənərbağça”nı 1:0 hesabı ilə məğlub edib.
“ABB Fomget” cari mövsüm Superliqada keçirdiyi yeddi oyunun hamısında qələbə qazanıb.
Qeyd edək ki, Siyasət Əsgərov ötən mövsüm Türkiyə klubunda idman direktoru vəzifəsini yerinə yetirirdi və komanda mövsümü çempion başa vurmuşdu.