"Adana Dəmirspor" "Qarabağ"ın daha bir futbolçusunu istəyir
Qapıçı Şahruddin Məhəmmədəliyevlə 2 illik müqavilə bağlayan "Adana Dəmirspor" "Qarabağ"ın daha bir futbolçusuna "elçi" düşüb.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin cinah müdafiəçisi Toral Bayramov da karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
"FotoMaç" qəzetinin yazdığına görə, Patrik Klüyvertin baş məşqçisi olduğu komanda 22 yaşlı futbolçu ilə maraqlanır və qış transfer pəncərəsində "atlılar"a rəsmi təklif göndərəcək.
Qeyd edək ki, millimizin futbolçusu cari mövsüm "Qarabağ"ın heyətində bütün turnirlər daxil 11 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.