"Sabah"ın futbolçusu bölgə klubunda forma geyinəcək - RƏSMİ
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şamaxı" daha bir futbolçu ilə anlaşıb.
Mediasport.az xəbər verir ki, yenidən Premyer Liqada çıxış edəcək bölgə klubu "Sabah"dan Rauf Rüstəmlini icarəyə götürüb.
20 yaşlı yarımmüdafiəçi 2024/2025-ci illər mövsümünü icarə əsasında "Şamaxı"da keçirəcək.
Xatırladaq ki, Mediasport.az keçidlə bağlı iyunun 12-də məlumat vermişdi - (https://mediasport.az/sabahin-futbolcusu-samaxiya-kecib).