“Qardaş acısını, sadəcə, qardaş çəkər"
“Qardaş acısını, sadəcə, qardaş çəkər".
mediasport.az xəbər verir ki, bu fikri özündə əks etdirən statusu Cənubi Azərbaycan klubu - Təbrizin “Tarktor” komandası sosial şəbəkə hesablarında paylaşıb.
“Qardaş acısını, sadəcə, qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu qəti şəkildə qınayırıq. Terrora son!”
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar.