"Neftçi"nin oyunu Azərbaycanda bu kanal vasitəsilə canlı yayımlanacaq

"Neftçi"nin oyunu Azərbaycanda bu kanal vasitəsilə canlı yayımlanacaq

Rusiyada "PARI Match Kubok" turnirində iştirak edən “Neftçi” bu ölkədə ilk yoxlama oyununu yerli "Spartak"a qarşı keçirəcək.

MediaSport.az xəbər verir ki, “ağ-qaralar”ın iyulun 18-də Moskva təmsilçisi ilə matçı “CBC Sport” telekanalında canlı yayımlanacaq.

Qarşılaşma saat 21:00-da başlanacaq.

Qeyd edək ki, “Neftçi” Sankt Peterburqdakı turnirdə “Zenit” və “Srvena Zvezda”ya müvafiq olaraq 1:2 və 0:4 hesabları ilə uduzub, son duel çərçivəsində sabah “Fənərbağça” ilə üz-üzə gələcək.