"Neftçi"yə texniki məğlubiyyət verilib - İntizam Komitəsinin qərarı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, U-17 Qızlar Liqasında qeydə alınan qayda pozuntularına görə "Neftçi" və "Çinar" komandaları cəzalandırılıb.
Martın 3-də baş tutmalı olan “Neftçi" - “Sabah" oyununda hər iki komanda meydana tam heyətlə çıxsa da, meydan sahiblərinə həkim olmadığına görə 0:3 hesablı texniki məğubiyyət verilib.
Göyçay klubu "Çinar" isə martın 2-də “Mil-Muğan”la (İmişli) matça təyin edilən vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.