O da koronavirusa yoluxdu

O da koronavirusa yoluxdu

2013-cü ildən Beynəlxalq Olimpiya Komitəsinə (IOC) rəhbərlik edən Tomas Bax koronavirusa yoluxub.

mediasport.az xəbər verir ki, 69 yaşlı funksionerin virus testinin cavabı müsbət çıxıb.

Bax buna görə İsveçrənin Lozanna şəhərində keçiriləcək Beynəlxalq Federasiya Forumunun (İF Forum) açılışına onlayn formada qatılacaq.