"Çox sevinirəm ki, Tokiodakı nəticəmi təkrarlaya bildim"

"Çox sevinirəm ki, Tokiodakı nəticəmi təkrarlaya bildim"

"Çox sevinirəm ki, Tokiodakı nəticəmi təkrarlaya bildim".

Mediasport.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanmış Azərbaycan idmançısı Lamiyə Vəliyeva jurnalistlərə açıqlamasında söyləyib.

O, qazandığı uğura görə xoşbəxt olduğunu bildirib:

"Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə və Paralimpiya Komitəsinə təşəkkür edirəm. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi".

Xatırladaq ki, Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda qızıl, 400 metr məsafəyə qaçışda gümüş medal əldə edib.