2 güləşçimiz yarımfinalda, digər ikisi "bürünc" uğrunda güləşəcək
İordaniyanın paytaxtı Əmmanda güləş üzrə U-17 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, 45 kq-da Rəvan Həsənzadə gürcüstanlı Levan Nozadzeyə "tuş"la qalib gələrək 1/8 finala yüksəldi. O, daha sonra monqolustanlı Oçirxu Badarxa 6:3 hesabıyla qalib gələrək 1/4 finala adladı. Həsənzadə belaruslu Kiril Nikitsikə də tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala vəsiqə qazandı. Rəvan yarımfinalda iranlı Amirabbas Ramezanibazarmahalleh ilə güləşəcək.
51 kq-da Muhəmməd İsmayılov iranlı Sam Arşadğasabsarayiyə 5:4 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Marlen Abdraimova sonuncu xal prinsipinə əsasən (4:4) məğlub oldu.
60 kq-da Hüseyn İsmayılov britaniyalı Danuş Jovkara (4:1), daha sonra isə iranlı Fərhad Xateriyə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Hüseyn yarımfinalda ermənistanlı Hayk Avanesyanla güləşəcək.
71 kq-da Nihad Abasov 1/8 finalda amerikalı Melvin Millerə (0:11) məğlub oldu. 80 kq-da Məhəmməd Abbaszadə təsəlliverici görüşlərdə monqolustanlı Qanbat Tserenpuntsaq (tuş) və hindistanlı Vevik Vevikə (10:0) tam üstünlüklə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazandı.
92 kq-da Fərhad Süleymanlı təsnifat mərhələsində amerikalı Con Diakomihalisə 3:7 hesabıyla məğlub oldu. 110 kq-da Muxamad Qantemirov təsəlliverici görüşdə belaruslu Yaraslav Koxan (AİN) xalçaya çıxmadığı üçün bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazandı.
Yarımfinal görüşləri Bakı vaxtı ilə 18:00-da başlayacaq.