5 idmançımız yarışa qoşulur, Xetaq "qızıl"a, Ayxan "bürünc"ə ümid edir
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycanın 5 sərbəst güləşçisi ilk görüşünə çıxacaq.
Camal Abbasov (61 kq) çinli Denqburile Denqburile ilə qarşılaşacaq.
Ayxan Abdullazadə (65 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə Abdullah Toprakı (Türkiyə) mübarizə aparacaq.
Ağanəzər Novruzov (74 kq) Seyfulla İtayevlə (Fransa) üz-üzə gələcək.
Sadiq Mustafazadə (86 kq) Aleksandru Borşu (Rumıniya) sınağa çəkəcək.
Yusif Dursunov (125 kq) Aleksandre Abranişvilidən (Gürcüstan) üstün olmağa çalışacaq.
1/8 finalda 92 kq çəki dərəcəsində Anar Cəfərli Nikita Qobarets (İsrail) - David Yaksik (Slovakiya) cütünün qalibini gözləyəcək.
Xetaq Karsanov (97 kq) qızıl medal uğrunda Rizabek Aitmuxanı üstələməyə çalışacaq.
Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib.
Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.