Olimpiya Təsnifat turniri: Yığmamız qrupda ilk dəfə məğlub olub

 Olimpiya Təsnifat turniri: Yığmamız qrupda ilk dəfə məğlub olub

Qadınlardan ibarət 3x3 basketbol millimiz Olimpiya Təsnifat turnirində sonuncu oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, yarımfinala adını yazdıran yığmamız Niderlandla görüşdə məğlub olub (11:15).

Yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.