Yeni mövsümdə Azərbaycan çempionatında 12 klub yarışacaq

Yeni mövsümdə Azərbaycan çempionatında 12 klub yarışacaq

Futzal üzrə Azərbaycan 1-ci Liqasının 2024/2025-ci illər mövsümündə iştirak edəcək komanda sayı açıqlanıb.

Mediasport.az xəbər verir ki, 12 kollektiv oktyabrda start götürəcək yarışda iki dövrə mübarizə aparacaq:

"PFL", "Baku Fire-2", "Timsport", "Ulduz", "STAR kargo", "Dəstə Ordubad", "Yeni Suraxanı", "Delta", "Xan-Lənkəran", "Djevo Dəyirman", "Metropoliten", "Carşı Bakı".

Marafon ümumilikdə 22 turu əhatə edəcək.