3 cüdoçumuz Avropa Kubokunda
Sabah Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri keçiriləcək.
mediasport.az xəbər verir ki, yarışda 15 ölkədən 193 idmançı iştirak edəcək.
Ölkəmiz bu turnirdə 3 cüdoçu ilə təmsil olunacaq. Mehdi Cəfərov (-66 kq) , Şamil Sadıqov (-73 kq) və Tamerlan Cabbarov (-90 kq) medal qazanmağa çalışacaq.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, Olimpiya dərəcəli hakim Fariz Hüseynov yarışda ədalət təmsilçiləri arasında yer alacaq.