Parataekvondo milli komandamız 52 ölkə arasında ikinci yeri tutdu

Parataekvondo milli komandamız 52 ölkə arasında ikinci yeri tutdu

Kişi parataekvondoçulardan ibarət Azərbaycan milli komandası Paris-2024 Yay Paralimpiya Oyunlarında komanda hesabında ikinci yeri tutub.

Mediasport.az xəbər verir ki, Fransada 3 parataekvondoçu ilə təmsil olunan kişilərdən ibarət yığmamız 1 qızıl və 1 bürünc medalla yekun sıralamada yalnız Türkiyədən geri qalıb.

Böyük Britaniya komandası 3-cü olub.

Xatırladaq ki, İmaməddin Xəlilovun (K44, 70 kq) qızıl və Sabir Zeynalovun (K44, 58 kq) bürünc medal əldə etdiyi Paralimpiya Oyunlarının parataekvondo yarışlarında 52 ölkə təmsil olunub.