Daha iki güləşçimiz Paris olimpiadasını medalsız başa vurdu
Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında bu gün mübarizəyə başlayan iki idmançısı medal qazana bilməyib.
Mediasport.az xəbər verir ki, Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedovun (86 kq) uduzduğu rəqiblər finala çıxa bilməyiblər.
Belədə pəhləvanlarımızın bürünc medal qazanmaq şansı yaranmayıb.
Xatırladaq ki, Əliabbas startda - 1/8 finalda məğlub olub, Osman isə mübarizəni 1/4 finalda dayandırıb.
Digər 4 sərbəst güləşçimiz - Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) növbəti günlərdə yarışa qoşulacaq.
Xatırladaq ki, daha əvvəl yarışan 5 yunan-Roma güləşçimizdən (Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) yalnız Həsrət Cəfərov bürünc medal əldə edə bilib.