Musa Qurbanlı oynayıb, komandası rəqibini darmadağın edib - VİDEO

Musa Qurbanlı oynayıb, komandası rəqibini darmadağın edib - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Musa Qurbanlı formasını geyindiyi İsveçin "Yurqorden" klubunda növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, forvard ölkə kubokun qrup mərhələsinin 2-ci turunda meydana çıxıb.

Stokholm təmsilçisi səfərdə 2-ci Liqa klubu ""Yunayted Nordiç"lə qarşılaşıb və rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Yığmamızın hücumçusu meydana 72-ci dəqiqədə daxil olub və 5-ci qolda fəal iştirak edib.