Para-taekvondoçularımız Avropa çempionatında 3 medal qazandılar

Para-taekvondoçularımız Avropa çempionatında 3 medal qazandılar

Para-taekvondo üzrə Azərbaycan milli komandasının üzvü İmadəddin Xəlilov (70 kq, K44) Fransanın Montarji şəhərində keçirilən Açıq Avropa çempionatında gümüş medal qazanıb.

MediaSport.az xəbər verir ki, yığmamızın digər üzvləri Sabir Zeynalov (58 kg, K44) və Amin Şıxəliyev (63 kq, K44) isə bürünc mükafata sahib çıxıblar.

Yarış Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.