Millimiz Avropa çempionu oldu!

Millimiz Avropa çempionu oldu!

Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar.

Mediasport.az xəbər verir ki, millimiz buna Serbiyanın paytaxtı Belqradda keçirilən parataekvondo üzrə Avropa çempionatında nail olub.

Komandamız medalların əyarına görə birinci yeri tutub. İkinci sırada Türkiyə, üçüncü pillədə AİN qərarlaşıb.

Qeyd edək ki, komandamız turnirdə baş məşqçi Fərdi Tağızadənin rəhbərliyi altında 3 idmançı ilə iştirak edib.

Parataekvondoçularımızdan İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) gümüş medal qazanıb.