Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etdilər

Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etdilər

Meksika 2036-cı ildəki Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb.

mediasport.az xəbər verir ki, bu barədə xarici işlər naziri Marselo Ebrard açıqlamasında bildirib.

O, özlərini uğurlu və iddialı ölkə hesab etdiklərini söyləyib: "Biz futbol üzrə üç dünya çempionatına ev sahibliyi edən yeganə ölkəyik. Həm də dünyanın ən yaxşı iqtisadiyyatlarından birinə malikik".

1968-ci ildə olimpiada məhz Meksikada gerçəkləşib. Ölkə 1970, 1986-cı illərdə futbol üzrə dünya çempionatını təşkil edib. 2026-cı ildəki mundial isə Meksika ilə yanaşı ABŞ və Kanadada baş tutacaq. Növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.