“Peking to Paris Motors Challenge” beynəlxalq yarışı Bakı Bulvarında
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstəyi ilə Bakıda ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından biri olan “Peking to Paris Motors Challenge” beynəlxalq yarışının 8-ci buraxılışı keçirilib.
Mediasport.az xəbər verir ki, Dənizkənarı Milli Parkda baş tutan tədbirdə retro avtomobil sevənlər bir araya gəlib.
"Peking to Paris Motors Challenge" təkcə avtomobil yarışı deyil, həm də macəra və dözümlülük sınağıdır. İştirakçılar retro avtomobillər ilə təxminən 14.000 km məsafə qət edərək dünyanın ən çətin marşrutlarından birində yarışırlar.
37 gün davam edəcək “Peking to Paris Motors Challenge” beynəlxalq yarışı mayın 18-də Çindən başlamaqla Monqolustan, Qazaxıstandan keçərək Azərbaycana çatıb. 100 nəfər iştirakçının qatıldığı yarışın Fransada başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, “Peking to Paris Motors Challenge” 1907-ci ilin ilk qabaqcıl yollarında davam edən və əsl dözümlü motor rallisidir.