"Rakuv" - "Qarabağ" qarşılaşması azarkeş sıralamasında 6-cı yeri tutdu

"Rakuv" - "Qarabağ" qarşılaşması azarkeş sıralamasında 6-cı yeri tutdu

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı üzrə sıralama müəyyənləşib.

MediaSport.az xəbər verir ki, iki gündə baş tutmuş 12 qarşılaşmanı stadionlardan ümumilikdə 73 min 278 tamaşaçı izləyib.

Azərbaycan çempionu “Qarabağ”ın Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzduğu görüş siyahıda 6-cı yeri tutub. Matçda 5451 azarkeş qeydə alınıb. Qeyd edək ki, "Rakuv"un ev arenası 5500 tamaşaçı tutumuna malikdir.

Ən çox azarkeş “Servett” (İsveçrə) – “Genk” (Belçika) oyununda olub - 18 min 026 nəfər.