Premyer Liqada yeni REKORD
Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu qeydə alınıb.
Mediasport.az xəbər verir ki, 7-ci turun oyunlarında qapılara 17 qol vurulub.
"Səbail" - "Sabah" qarşılaşmasında (2:4) daha çox - 6 top vurulub.
"Qarabağ" - "Neftçi" oyununda (4:0) dörd, "Turan Tovuz" - "Araz-Naxçıvan" görüşündə (1:2) üç qol qeydə alınıb.
"Kəpəz" - "Şamaxı" matçında (0:2) və "Sumqayıt" - "Zirə" oyununda (0:2) iki top vurulub.
Tur ərzindəki məhsuldarlıqda mövsümün yeni rekordu qeydə alınıb.
Buna qədər ən çox top çempionatın 1-ci turuna təsadüf edib. Startda 5 görüşdə 16 qol vurulub.