Premyer Liqadan Qambiya və Qabon yığmalarına qarşı

Premyer Liqadan Qambiya və Qabon yığmalarına qarşı

"Sumqayıt"ın futbolçuları milli komandalara dəvət alıb.

Mediasport.az xəbər verir ki, Səbuhi Abdullazadə və Tresor Mossi müvafiq olaraq Azərbaycan və Burundinin əsas millilərinə çağırılıblar.

Onlardan başqa, Ayxan Süleymanlı və Nemət Şıxəmirov U-21, Nihad Əhmədzadə və Xəyal Fərzullayev isə U-19 yığmamıza cəlb olunub.

Qeyd edək ki, seçməmiz noyabrın 16-da Bakıda İsveçlə, 19-da səfərdə Belçika ilə qarşılaşacaq.

Burundi millisi isə noyabrın 16-da Qambiyanı, 19-da Qabonu qəbul edəcək.