"Qarabağ" beynəlxalq turnirdə ardıcıl ikinci qələbəsini qazanıb
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiyanın “Olimpik” klubu ilə qarşılaşıb.
İlk turda yerli “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komandamız rəqib qapısından bu dəfə də iki cavabsız top keçirib.
Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Ağdam təmsilçisi qrupdakı son matçında Belarusun BATE kollektivi ilə qarşılaşacaq.