"Turan Tovuz" heyətini iranlı müdafiəçi ilə gücləndirdi - RƏSMİ

"Turan Tovuz" heyətini iranlı müdafiəçi ilə gücləndirdi - RƏSMİ

Yeni mövsümə hazırlaşan "Turan Tovuz" heyətini iranlı futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, Qurban Berdıyevin komandası son olaraq ölkəsinin "Zob Ahan" klubunda forma geyinmiş Araş Qadirini transfer edib.

26 yaşlı müdafiəçi ilə "2+1" illik müqavilə bağlanıb.

Cənubi Azərbaycanın “Traktor" komandasında da çıxış etmiş Araş daha əvvəl İranda “Alüminium Arak” və “Peykan”da oynayıb.