"Qarabağ" və "Sumqayıt"ın futbolçuları 1-ci Liqa klubunda oynayacaqlar

"Qarabağ" və "Sumqayıt"ın futbolçuları 1-ci Liqa klubunda oynayacaqlar

Futbol üzrə Azərbaycan 1-ci Liqasına hazırlaşan "İmişli" heyətini gücləndirməkdə davam edir.

mediasport.az xəbər verir ki, baş məşqçi postuna Əsgər Abdullayevi gətirən bölgə təmsilçisi "Qarabağ-2" və "Sumqayıt"ın futbolçuları ilə anlaşıb.

Ağdam təmsilçisinin əvəzedici heyətinin üzvləri - qapıçı Ayxan Arazlı və cinah müdafiəçisi Rəhim Cəfərli, həmçinin "gənclik şəhəri" klubundan ayrılan hücumçu Xəzər Mahmudov və "Qaradağ-Lökbatan"ın hücumçusu Nihad Tamazov yeni mövsümü "İmişli"də keçirəcək.