"Sabah"dan təqdirəlayiq qərar

"Sabah"dan təqdirəlayiq qərar

Ölkə çempionatını gümüş medalla başa vuran “Sabah” təqdirəlayiq qərar verib.

MediaSport.az xəbər verir ki, tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak edəcək Masazır təmsilçisi avrokuboklarda ev oyunlarının bilet satışından əldə ediləcək gəlirin bir hissəsini 2020-ci ildə rəşadətli Ordumuz tərəfindən azad olunmuş torpaqlarımızın bərpası üçün ayıracaq.

Satılacaq hər biletdən 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.