"Qarabağ"ın bu əcnəbiləri milli komandalara dəvət aldılar

"Qarabağ"ın bu əcnəbiləri milli komandalara dəvət aldılar
“Qarabağ”ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb. MediaSport.az xəbər verir ki, Marko Veşoviçlə Marko Yankoviç yığma komandanın sentyabr oyunlarına çağırılıblar.
 
Onlar Millətlər Liqasında Bosniya və Herseqovina və Finlandiyaya qarşı keçiriləcək görüşlərdə komandalarına kömək edəcəklər. Oyunlar ayın 23-də və 26-da keçiriləcək.  B Liqasının 3-cü qrupunda yer alan Monteneqro millisi 4 oyundan sonra 7 xalla ikincidir.