"Sabah" - "Beşiktaş" qarşılaşması bu kanalda - Şərhçi də məlum oldu
Mayın 13-də Bakıda xeyriyyə məqsədilə təşkil olunacaq "Sabah" - "Beşiktaş oyununu canlı yayımlanacaq televiziya kanalı və şərhçinin kimliyi müəyyənləşib.
mediasport.az saytının əldə etdiyi məlumata əsasən, qarşılaşma İctimai TV vasitəsilə təqdim ediləcək.
İlin əvvəlində qardaş ölkədə baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə keçiriləcək görüşü, böyük ehtimal, İTV-nin aparıcısı Tural Dadaşov şərh edəcək.
Matça artıq 20 mindən çox bilet satılıb. Respublika stadionunun azarkeş tutumunun 31 min olduğunu nəzərə alsaq, ajiotajın olacağı gözlənilir.
Martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la "Qalatasaray" arasında da xeyriyyə oyunu keçirilmiş və toplanan 1 milyon manatdan çox vəsait zəlzələdən əziyyət çəkənlərə yardım fonduna ianə edilmişdi.