"Qəbələ"də yeni sponsor - RƏSMİ

"Qəbələ"də yeni sponsor - RƏSMİ

"Qəbələ" İdman Klubu Azərbaycanın daha bir şirkəti ilə əməkdaşlığa başlayır.

mediasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, fəaliyyəti isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarət "Euroclima" MMC "Qəbələ" Futbol Akademiyasının forma sponsoru olacaq.

Tərəflər arasında 3 illik əməkdaşlıq nəzərdə tutulub. Anlaşmaya əsasən, akademiyanın formalarının arxa hissəsində şirkətin brendinin loqosu əks olunacaq.